“Qarabağın mədəni abidələri”

Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsi,ordumuzun şanlı qələbəsi və dövlətimizin əldə etdiyi nailiyyətlər şagirdlərdə vətənpərvərlik tərbiyəsinin formalaşmasında əsas rol oynadı. “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” fəaliyyət planına əsasən məktəb üzrə onlayn formatda keçirilən “Qarabağın mədəni abidələri”- maket müsabiqəsində fərqlənən şagirdlərimiz 19 mart 2021-ci il tarixdə məktəb rəhbərliyi tərəfindən xüsusi diplomlarla təltif edildilər.