“Qarabağın flora və faunası”

Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsi,ordumuzun şanlı qələbəsi və dövlətimizin əldə etdiyi nailiyyətlər şagirdlərdə vətənpərvərlik tərbiyəsinin formalaşmasında əsas rol oynadı. “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” fəaliyyət planına əsasən məktəb üzrə onlayn formatda keçirilən “Qarabağın flora və faunası” rəsm müsabiqəsində fərqlənən şagirdlərimiz 18 mart 2021-ci il tarixdə məktəb rəhbərliyi tərəfindən xüsusi diplomlarla təltif edildilər.