"Qəhrəman məzun"

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  bir neçə  sərancamı ilə imzalanmış  "Döyüşdə fərqlənməyə görə" , "Cəbrayılın azad olunmasına görə" ,  "Fizulinin azad olunmasına görə " medalı ilə təltif edilənlər arasında  Bakı şəhəri Samir Hacıyev adına 5 nömrəli tam orta məktəbin məzunu Sofiyev Əli Vaqif oğlu da yer alıb . Əli Sofiyev Vətən müharibəsinin ilk günlərindən ön sıralarda döyüşlərdə iştirak edib. O, Cəbrayıl rayonunun Hadrut qəsəbəsinin azad olunmasında gedən döyüşlərdə xüsusi rəşadət  göstərmiş və ağır yaralanmışdır. Əli hal-hazırda müalicəsini davam etdirir.
 5 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Əliyə Allahdan şəfa diləyir və tezliklə sağlamlığına qovuşmasını arzu edir. Qəhrəman, cəsur döyüşçümuz , Azərbaycan səninlə fəxr edir!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi