“Qarabağ Azərbaycandır!”

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 04.12.2020-ci il tarixli F-246 nömrəli “Qarabağ Azərbaycandır!” adlı intellektual müsabiqənin əmrinin icrası məqsədi ilə məktəb 12 dekabr 2020-ci il tarixdə vııı-xı sinif şagirdləri arasında onlayn formatda müsabiqənin ı mərhələsini həyata keçirtdi.
Müsabiqə zamanı məktəbin istedadlı uşaqları müsabiqənin əsas istiqamətlərindən olan I Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, II Qarabağ müharibəsi, işğaldan azad olunmuş bölgələrin tarixi, mədəniyyəti, tarixi abidələri, şəxsiyyətləri və Azərbaycanla bağlı ümumi dünyagörüş barədə öz bilik və bacarıqlarını yüksək səviyədə nümayiş etdirdilər.
Müsabiqə iştirakçıları arasında ən yüksək nəticə əldə etmiş 11-ci sinif şagirdi Səfərli Rəmzi Ramiz oğlu rayon mərhələsinə vəsiqə aldı.
Səfərli Rəmzi, sənə uğurlar arzulayırıq!!!!