Pedaqoji şuranın onlayn görüşü

2 dekabr tarixində Bakı şəhəri 5 nömrəli tam orta məktəb növbəti videokonfransını keçirtdi. Konfransın gündəlik məsələsi aşağıdakılardan ibarət idi:
- Tədrisin məsafədən təşkilinin vəziyyəti.
- Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-512 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks eydirilməsi haqqında” fəaliyyət planının yerinə yetirilməsi.
Konfransı məktəbin direktoru Nərminə Gündüzlü açaraq, qələbə münasibəti ilə bütün pedaqoji heyyəti təbrik etdi və ölkə prezidentinin sərəncamı ilə 27 sentyabr “Anım günü” və 10 noyabr “Zəfər günü” kimi təsis edilməsi haqda pedaqoji şuraya məlumat verdi.
Daha sonra pedaqoji kollektivin tədrisin məsafədən təşkili ilə bağlı apardığı işlər müzakirə edilərək qərarlar qəbul edildi. 2-ci məsələ ətrafında da müzakirələr aparıldı, müəllimlərə müvafiq tapşırıqlar verildi.