Ön cəbhəyə məktub

Bu gün Azərbaycan ordusu ön cəbhədə tarix yazır.Azərbaycan əsgəri doğma torpaqlarımızı işğaldan azad edir.Xalqımız Azərbaycan prezidentinin qətiyyətli mövqeyini dəstəkləyir və ordumuzla fəxr edir.5 nömrəli məktəbin şagirdləri də Bakı məktəblilərinin təşəbbüsü ilə keçirilən Azərbaycan ordusuna məktub yazma aksiyasına qoşuldular.Onlar böyük həvəs və ruh yüksəkliyi ilə vətənin bütövlüyü uğrunda mübarizə aparan ön cəbhədəki əsgərlərimizə məktublar yazaraq cəbhəyə göndərdilər.Məktublarda şagirdlər üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına inandıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi