Məktəbə ilk addım!

2020-2021-ci dərs ili üçün Bakı şəəhəri 5 nömrəli tam orta məktəbdə 1 oktyabr tarixdə 146 uşağı özündə cəmləşdirən 6 məktəbəhazırlıq qrupunda ilk məşğələlərin başlanmasına start verildi. Məktəbə ilk addım atan bu uşaqları məktəb rəhbərliyi və müəllimləri böyük sevinc hissi ilə qarşıladılar. Əminik ki, bu uşaqlar peşəkar müəllimləri sayəsində dərs prosesinə öncədən alışacaq və onlarda müəyyən bilik, bacarıq vərdişləri formalaşacaq.