Dilimizi yad sözlərdən təmizləyək

21 fevral Beynəlxalq “Ana dili günü” ilə əlaqədar  məktəbdə “Məktəblinin Dostu” layihəsi çərçivəsində 8-ci sinif şagirdləri ilə “Gəlin, dilimizi yad sözlərdən təmizləyək!” başlığı altında viktorina keçirildi. 6 komandanı təmsil edən bu yarışda şagirdlər aparıcı Təranə Zülfüqarova tərəfindən səsləndirilən əcnəbi söz daxil olmaqla cümlələri çevik, təmiz  Azərbaycan dilində səsləndirib xallar qazanırdılar. Ümümilikdə 40 sualı özündə əks etdirən yarışı “8l” komandasının qalibiyyəti ilə başa çatdı. Məktəblinin Dostu və məktəb rəhbərliyi ilə birgə keçirilən bu yarışda məktəbin direktoru N.Gündüzlü qalib şagirdləri təbrik etdi və onlara layihə çərçifəsində sertifkatlar təqdim olundu. Azərbaycan dilimizin rəngarəngliyi,təmiz və saflığı hər bir kəs tərəfindən qorunub saxlanılmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi