“Reproduktiv sağlamlıq”
Fevralın 17-də “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi tərəfindən məktəbin 6-cı sinif qızları üçün “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində təlim keçirildi.
Təlim zamanı qızların yeniyetməlik dövrü, gigiyena qaydaları, sağlam həyat tərzi haqda geniş söhbətlər aparıldı.