Məktəbimizin daha bir uğuru

Fevralın 13-də "Sabahın alimləri" IX Respublika Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. "Sabahın alimləri" IX Respublika müsabiqəsində "Biologiya" sahəsi üzrə üçüncü yerə Bakı şəhəri Nəsimi rayonu 5 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Sultanlı Feyruz layiq görülüb.  Sultanlı Feyruz bu mükafata "Üzüm bitkisində kumarin törəmələrinin boy stimullaşdırıcı təsirləri" layihəsinə görə layiq görülüb.  Layihə b.ü.f.d, dos. Nərgiz Sultanovanın rəhbərliyi ilə yerinə yetirilib. Sonda qaliblərə diplom,medal və digər mükafatlar təqdim olunub. Müsabiqənin təşkilində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq bacarığı ilə yanaşı, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaqdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi