"Qrip virusları" - maarifləndirici təlim

Fevralın 13-də məktəbdə fəaliyyət göstərən "Məktəblinin Dostu" layihəsinin əməkdaşları tərəfindən 5-ci siniflərdə "Qrip virusları" adlı maarifləndirici təlim keçirilib. Təlim zamanı qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiyasından, onun simptomlarından,yoluxma yollarından danışıldı.