“Mən oxudum, sən də oxu” mütaliə aylığı

İnsan zəkasının inkışafında müstəsna rol oynayan mütaliə onun mənəvi inkişafı, insanlara münasibəti, hadisələrə baxışı və s. məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir.Çox kitab oxuyan insan zəngin söz ehtiyatına və gözəl nitq qabiliyyətinə malik olur. Unudulmamalıdır ki, kitablar fikir müharibəsinin silahlarıdır. Oxuyan və oxuduğunu yaxşı dəyərləndirməyi bacaran insan hər zaman öndədir.
Məhz buna görə də 5 nömtəli tam orta məktəbin kitabxanası bu məsələni daima diqqətdə saxlayır. Ənənəvi olaraq Yanvar-2020-ci il tarixdə məktəbdə “Mən oxudum, sən də oxu” mütaliə aylıgı kecirildi.Aylıgın nəticəsi olaraq məktəbin 7 L sinif şagirdi Rəhimli Ləman və 9 F sinif şagirdi Əlirza Selcan ən cox əsər oxucusu kimi qalib olmuş, diplom və hədiyyə ilə təltif edilmişlər.