“Fəxrimiz Vüqar”

11 Yanvar üçqat Avropa çempionu, Avropa və dünya çempionatlarının altıqat çempionu, Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı, Bakı şəhəri 5 N-li tam orta məktəbin məzunu , ömrünün 28-ci ilində dünyasını dəyişmiş görkəmli Azərbaycan qrossmeysteri Vüqar Həşimovun anım günüdür. Həmin  gün onun əziz xatirəsinə böyük ehtiram əlaməti olaraq doğma məktəbdə  5-9- cu sinif şagirdləri arasında “Fəxrimiz Vüqar” adı altında şahmat üzrə turnir keçirildi. Turnirin iştirakçılarına ilk öncə Avropa çempionunun keçdiyi həyat yolundan və şahmat yarışlarında qazandığı nailiyyətlərdən danışıldı və iştirakçılara bu yarışda uğurlar arzulandı. Sonda qaliblər-Sultanlı İsmayıl-8b-I yer, Yasinoğlu Bəyturan- 6l-II yer, Aslanov Yusif -9b- III yer diplomlarla  təltif edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi