“Qış nağılı”

Dekabrın 29-da məktəbdə fəaliyyət göstərən “Mən və səhnə” dram dərnəyinin üzvləri “Qış nağılı” adlı tamaşa ilə çıxış etdilər. Dram dərnəyinin rəhbərinin yüksək peşəkarlığı və dəstəyi ilə ərsəyə gələn bu tamaşa öz orijinallığı ilə fərqləndi. Balaca aktyorlar gözəl nitq qabiliyyəti və səhnə mədəniyyəti nümayiş etdirərək, öz tamaşaçılarını sevindirdilər.