“Böyük xilaskar”

Dekabrın 12-si  məktəbdə xalqımızın  ümummilli lideri, çoxəsrlik  Azərbaycan tarixində misilsiz xidmətləri  ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günü hörmətlə yad edildi. Belə ki, bütün siniflərdə “Böyük xilaskar” başlığı altında “Açıq dərs”lər keçirildi. Dərslərdə şagirdlərə Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilən video çarxlar nümayiş etdirilərək, təqdimatlar edildi. Daha sonra məktəbin “Uşaq Parlamenti”nin üzvlərinin təşkilatçılığı ilə “Əbədiyaşar insan” başlığı altında konfrans keçirilərək, üzvlər tərəfindən Ulu Öndərin Azərbaycan dövlətinə bəxş etdiyi tövhələrdən danışılıb, təqdimatlar edildi. Keçirilən tədbirlər bir daha sübut etdi ki, dahilər ölməzdir, tarixdə qoyduqları izlər onları əəbədi edir və Heydər Əliyevi Azərbaycan xalqı qəlbində yaşadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi