Qobustanda bir gün

 5b  sinf şagirdlərinin  Qobustan dövlət qoruğuna ekskursiyası təşkil olundu.Şagirdlər Qobustan qayalarının tarixçəsi haqqında məlumat əldə etdilər. Muzey çox gözəl dizayn edilmişdi. Muzeyin hər bir bölməsi bir ayrı gözəl idi. Bir sözlə keçmiş və müasir dövr bir məkanda cəmlənmişdi. Hər bir bölmədə divarlara Qobustan qayaları haqqında məlumat verən xüsusi monitorlar quraşdırılmış, döşəmələrə və divarlara qədim insanların məşğuliyyətini və həyat tərzini eks etdirən işıq şüalarından ibarət təsvirlər salınmışdı. Şagirdlərimiz məlumat monitorlarından istifadə edərək Qobustan qayalarının tarixi haqqında məlumat əldə edir, oyun monitorlarından istifadə edərək qədim təsvirlərlə müasir təsvirləri eyniləşdirir və muzeydəki eksponatlarla yaxından tanış olurdular. Muzeylə tanışlıqdan sonra şagirdlər Qobustan qayalarını gəzdilər və qədim insanların qayalar üzərindəki əl izləri ilə daha yaxından tanış oldular. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi