Aprel döyüşləri

Aprel döyüşlərinin,qələbəmizin üçüncü ildönümü münasibətilə məktəbin həyətində şəhidlərin xatirəsinə ağaclar əkildi.Məktəbə dəvət edilmiş qazilərimiz polkovnik leytenant Eldəniz Sadıqov,kapitan Anar Məmmədov öz şanlı və eyni zamanda təhlükələrlə dolu döyüş yollarından danışdılar.Döyüş zamanı aldıqları zədələrə baxmayaraq ayaqda dayanmaları,güclü iradə göstəricisi olan igid qazilərimiz öz söhbətləri ilə şagirdləri vətəni sevməyə,lazım gələrsə gözünü qırpmadan vətən üçün ölümə belə getməyin nə qədər şərəfli və vacib olduğunu söylədilər.