Şəkərli diabet xəstəliyinin profilaktikası

 

       Mütəmadi olaraq məktəbin tibb bacısı Zərifə Mehrəliyeva, 8№li uşaq Poliklinikasının həkim briqadası, məktəbin biologiya müəllimləri Əsədova Gülsüm, Məmmədova Arzu 5-11 – ci siniflərdə “Şəkərli diabet və onun orqanizmə vurduğu zərərlər” mövzusu ilə bağlı şagirdləri maarifləndirirlər. Şagirdlər şəkərli diabetin I və II tipini ayırd edə bilirlər, onlar bilirlər ki, I tip şəkər xəstəliyi genetikdir, II tip şəkər xəstəliyi isə düzgün qidalanmamaq və hərəkətsizlikdən yaranır. Bunun üçün şagirdlərə daim bədən çəkisini normada saxlamaq tövsiyə edilir. Qida rasionunda yağlı qidaları və şirniyyatları azaltmaq, onların əvəzinə meyvə və tərəvəzlərin istifadəsini artırmaq lazımdır. Gün ərzində açıq havada olmaq, yürüş etmək, idmanla, rəqslə məşğul olmaq bu xəstəliyin profilaktikası üçün əvəz edilməz məsləhətlərdəndir.

          

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi