Müstəqillik günü

Azərbaycanın Dövlət Müstəqilliyi günü — Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. Dövlət müstəqilliyi günü hər il 18 Oktyabrda qeyd edilir.XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlayan növbədənkənar sessiyasında 4 gün müzakirələr aparılıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Məktəbdə bu günlə əlaqədar müxtəlif tədbirlər keçirildi .Bütün 1-11 -ci siniflərdə söhbətlər aparıldı,inşa yazı müsabiqələri keçirildi .Qalib şagirdlər rayon tədbirinə göndərildi.Tədbirlər də şagirdlər vətənə,olan sevgilərini şerlərlə musiqi ilə ifadə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi