Azərbaycanın təbii sərvətləri və biomüxtəlifliyi

7a -sinif şagirdləri və biologiya müəllimi Məmmədova Arzu Qamət qızının rəhbərliyi ilə " Azərbaycanın təbii sərvətləri "gənc bioloqlar tərəfindən tədqiqat işi aparılmışdır.Şagirdlər Azərbaycanın təbiəti ,yeraltı və yerüstü sərvətləri haqqında geniş məlumat verdilər.Sonra şagirdlər bioloji cəhətdən öz inkişafında bir-birinə təsir göstərən torpağın,suyun,ağac,kol,ot bitkilərinin heyvanat aləminin ,mikroorqanizmlərin ,vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvəti hesab olunduğunu şagirdlərin nəzərinə çatdırdılar və əyani vəsaitlərlə bunu göstərdilər. Şagirdlər qlobal ekoloji problemlərdən danışdılar.Bu problemlərin həlli yollarını göstərdilər. Azərbaycanda ekoloji tarazılığın qorunması üçün təbii ehtiyatların ,o cümlədən faydalı qazıntıların,su,torpaq,hava kimi əvəzsiz sərvətlərin ,meşələrin biomüxtəlifliyinin mühafizəsi sahəsində hansı tədbirlərin həyata keçirilməsindən əyani vəsaitlərlə geniş məlumat verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi