"Ekoloji aylıqlar” layihəsi çərçivəsində “Alternativ enerji” mövzusunda həyata keçirdiyimiz fəaliyyət

6a sinif şagirdlərinin iştirakı ilə Alternativ enerji haqqında danışıldı.Praktik olaraq fizika müəllimi Nazlı Bağırova cihazlarla bu enerjinin necə alınmasını göstərdi.Şagirdlər alternativ enerji mənbələri haqqında araşdırdıqlari məlumatı təqdim etdilər.Şagirdlər bildirdilər ki,alternativ enerji –təbiətin kirlənməsinin qarşısını almaq məqsədilə enerji çeşidlərinin ümumiləşmiş adıdır.Alternativ energetika daha çox gələcəyə yönələn perespektiv sahədir.O,bu gün o qədər də çox yayılmamış ancaq ətraf mühitin təmizliyi və iqtisadi səmərəlilik baxımından əlverişlidir.Onların əsasında bərpaolunan enerji durur. 6 a sinif şagirdləri hal-hazırda istifadə olunan yanacaq növlərinin təbiətə və insanlara vurduğu ziyan haqqında da geniş məlumat verdilər .Alternativ enerji mənbələri ekologiyanın çirklənməsinin cüzi də olsa azaldır.Hal-hazırda bir çox alim alternativ enerji mənbələri axtarır.İndi isə sadəcə külək və günəş enerjisindən istifadə olunur.Gələcəkdə yəqin ki,başqa enerji mənbələri tapılacaq. Alternativ enerji mənbələri haqqında şagirdlərin elektron hazırladıqları materiala baxıldı