1 Mart - Ümumdünya Mülki Müdafiə Günü

1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar məktəbdaxili tədbirlər keçirildi. Tədbirdlərdə şagirdlərə yanğının söndürülməsi, yaralılara tibbi yardımın göstərilməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, obyektə kimyəvi kəşfiyyatın təşkili ilə bağlı zəruri tədbirlər haqqında məlumat verildi. Əleyhqaz və digər vasitələrdən istifadə qaydaları izah edildi.

Müəllim Hüseynov Nazim tərəfindən “fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, partlayış, zəhərlənmə təhlükəsindən mühafizə, dəm qazından zəhərlənmənin profilaktikası, "112" zəng xidmətindən istifadə” mövzularında ətraflı məlumatlar verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi