21 Fevral Beynəlxalq Ana Dili Günü

Məktəbin Fəaliyyət planının müvafiq bəndinə əsasən fənn aylığının yekunu olaraq, eyni zamanda "21 Fevral Beynəlxalq Ana Dili Günü" münasibətilə məktəbin akt zalında ədəbi-bədii tədbir keçirildi. Təlim -tərbiyə işləri üzrə direktor müavini Sədifə Hüseynovanın və təşkilatçı Solmaz Çobanovanın rəhbərliyi, Azərbaycan dili və ədəbiyyat müəllimi Elmira Səlimovanın təşkilatçılığı ilə rəngarəng və maraqlı tədbir təqdim edildi.