18 Oktyabr Müstəqilliyin bərpası günü

18 Oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü ilə əlaqədar məktəbimizdə ədəbi- bədii tədbir keçirilib. Tədbirdə Nəsibova Naibənin rəhbərliyi ilə 6a sinif şagirdləri və Abbasova Ülviyənin rəhbərlik etdiyi "Bədii qiraət" dərnəyinin üzvləri fəal iştirak ediblər. Sevda Hüseynovanın dəstəyi ilə musiqi nömrələri təqdim edilib. Məktəbimizin tarix müəllimi Şıxverdiyeva Tavat maraqlı məlumatlarla şagirdlər qarşısında çıxış edib.