Ekologiya və İqtisadiyyat

2016/2017-ci tədris ilində “Təhsili Dəyərə Çevirək “devizi altında “Ekologiya və Sağlamlıq istiqamətində “Ekoloji aylıqlar “layihəsi çərçivəsində coğrafiya müəllimi Yolçuyeva Simuzər Oruc qızı 7a və 8 a sinifləri ilə birgə tədbir keçirmişdir.Şagirdlər hazırladıqıari əl işlərini nümayiş etdirmişlər sonda müəllim Ekologiya və İqtisadiiyat haqqında öz məruzəsi ilə çıxış etmişdir.Ekologiyanın iqtisadiyyatı məişət tullantıları, onun yaratdığı problemlərin aradan qaldırılmasını da aktuallaşdırmışdır. Məişət tullantıları kağız, plastmas, ərzaq artıqları, təsərrüfat zibili, şüşə, metal, üzvi materiallar və s. məhsullardır. Tullantılar problemi çağdaş dünyanın ən ciddi problemlərindən biridir. Dünya bütünlüklə daha çox istehsal etmək və tullantı əmələ gətirmək ideyası ilə çuğlanmışdır. Yer kürəsinin genişmiqyaslı zibillənməsi və tullantıların yaradılması böyük fəlakətlər törədir. Atmosferdə yaranan qazların yaratdığı zərərli-zəhərli dövranların əmələ gəlməsi və onun ətraf mühitə təsirinin nə ilə nəticələnə bilməsi haqqında düşünməyə dəyər. Zibili atarkən qiymətli xammalı havaya sovurmuş oluruq. Enerji almaq məqsədilə tullantıların yandırılması materialların mənasız israfının qarşısını nisbətən alır, amma həmin məhsul həmişəlik itirilir. Məişət tullantıları ucdantutma yandırılır, ayrılan zəhərli qazlar o mühitdə ən ağır xəstəliklərin yaranıb yayılmasına, hətta atmosferin filtiri olan ağacların kütləvi qurumasına səbəb olur. Yaşadığın mühiti nə qədər az çirkləndirsən, bir o qədər çox və rahat yaşayarsan.Məişət tullantılarından səmərəli istifadə etmək üçün informasiya texnologiyasının tətbiqinə və onun əsasında idarə etməyə başlamaq lazımdır. İnformasiya texnologiyasının idarə edilməsi toplanmış statistik faktlar əsasında yerinə yetirilir. Belə olduqda ekologiyanın iqtisadi səmərəliliyi nisbi bərpa olunar və hər hansı ekoloji problemin tarazlığı əldə oluna bilər. Məişət tullantılarının səciyyəvi tərkibi ümumi kütlədə nisbi olaraq aşağıdakı parametrlər üzrə xarakterizə edilir. Kağız və karton 32 faiz əskilər faiz, metallar 8 faiz, şüşə 20 faiz, plastmas 7 faiz,üzvi materiallar 20 faiz, digərləri faiz. Əhalisinin sayı 2 milyon. artıq olan şəhərdə hər nəfərə düşən tullantıların çəkisi nəzərə alınarsa, min tonlarla tullantıdan məqsədyönlü istifadə edilərsə nə qədər yeni-yeni iş yerləri açılmış olar. Tullantıları faiz miqdarına görə araşdırdıqda mexaniki emal ilə məşğul olan sahə yaxınlığında 150-yə qədər işçisi olan zavodda ildə 2 min tona qədər metal ayırmaq olar. Bunun da ekoloji-iqtisadi dəyəri milyon.mantlarla hesablanır. Üzvi materialların təkrar emalı hesabına məişət əşyalarından əlavə olaraq yanacaq qazları alınır. Bu enerji mənbəyi ilə müəssisəni - texnoloji iş rejimlərini təmin etmək, hətta həmin yanacağı ixrac etmək mümkündür. Tullantılardan müasir texnika-texnologiya əsasında səmərəli istifadə edilsə ekoloji-iqtisadi göstəricilər üzrə 6 dəfə artıq iqtisadi fayda əldə etmək mümkündür. Bakıda üzvi tullantıların illik miqdarı 3 milyon. tona yaxındır. Bu, əsasən ağac emalı, şərab və pivə istehsalı, dəri emalı müəssisələri, ət kombinatları, müxtəlif çeşidli tez xarab olan ərzaq məhsulları və s. ibarətdir. Bunların yalnız az bir hissəsi, bəzi hallarda 5-6 faizi təkrar emal edilir, qalanı isə müntəzəm olaraq açıq havada yandırılır, atmosferin çirklənməsinə və müxtəlif xəstəliklərə zəmin yaradır. Bu üzvi tullantıların bəzi komponentlərini emal etməklə yüksək keyfiyyətli gübrələr almaq, ətraf mühitin ekoloji çirklənməsini azaltmaq mümkün olar.Təbii resurslardan səmərəli istifadə etmək yolu ətraf mühitin yaxşılaşdırılması, tullantısız istehsalın yaradılması və onun inkişaf etdirilməsi gələcək nəslin varlığı, müasir dövrün vətəndaşlıq borcudur. Tullantısız istehsal texnologiysına keçid ardıcıl aparılmalıdır. Burada ilk və təkrar xammal resursları ekoloji-iqtisadi tarazlığı pozmadan, bütün enerji növlərinin alternativliyindən səmərəli istifadə olunmaqla idarə edilməlidir. Ekoloji-iqtisadiyyat, tullantısız istehsal uzunmüddətli nisbi proses olub, qarşılıqlı qidalanan, tədricən inkişaf edən, texnoloji, iqtisadi, təşkilati, psixoloji və bazar iqtisadiyyatı tələblərinə davam gətirən göstəricilər sistemidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi