27 Sentyabr 44 günlük Zəfər döyüşlərinin ikinci ildönümü ilə əlaqədar tədbir.

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, müqəddəs Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Prezidenti 27 sentyabrın respublikamızda Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir. Dünya azərbaycanlıları 27 sentyabrda bütün dövrlərdəki şəhidlərimizi bir daha minnətdarlıqla anacaq.

Tədbirdə məktəbimizə adı verilmiş Vətən müharibəsi qəhrəmanı Şəhid kapitan Ceyhun Həsənovun valideynləri,Respublikanın Şəhid ailələri və müharibə veteranlarının müdafiəsi cəmiyyəti birliyinin sədri Tahir Məmmədov, Xətai rayon Şəhid ailələri və müharibə veteranlarının müdafiəsi cəmiyyəti birliyinin sədri İkram Tağıyev , qazilərimiz iştirak etdilər.

Tədbirin açılışı Azərbaycan Respublikasının dövlət himni ilə başladi. Daha sonra məktəbin direktoru A.A.Bagirova çıxış etdi və Şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Şəhidimiz Ceyhun Həsənovun valideynləri və qonaqlarımıza söz verildi. Onlarda öz növbələrində kapitan Ceyhun Həsənov və onun qəhrəmanliqlarından danişdilar.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!https://youtu.be/-ycwEe2twlE

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi