Növbəti Pedaqoji Şuranın iclası keçirildi

11.03.2022- ci il tarixdə məktəbin Akt zalında fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. Pedaqoji Şura iclasında məktəbin direktoru Aynurə Bağırova tərbiyə və təşkilati işlər üzrə direktor müavini Solmaz Çobanova və təsərrüfat işləri üzrə direktor müavini Firdovsi Heydərov və müəllimlər iştirak etdilər.
Məktəb Pedaqoji Şura iclasını məktəbin direktoru Aynurə Bağırovanın çıxışı ilə başladı. O pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.
İclasda I yarımilin yekunları müzakirə edildi. Buraxılış imtahanlarında nəzərdə tutulan Azərbaycan dili, Riyaziyyat və İngilis dili fənlərindən keçirilən böyük summativ qiymətləndirmənin nəticələri müzakirə edildi. Zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi. Bununla yanaşı 2021- 2022- ci dərs ilinin birinci yarımilində məktəbin və şagirdlərinin qazandığı nailiyyətlər pedaqoji heyyətin nəzərinə çatdırıldı.
2021-2022-ci dərs ilində məktəbdə IX və XI siniflər üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına hazırlıq, fənn müsabiqələrinə hazırlıq , məntiq olimpiadasına hazırlıq və digər məsələlər müzakirə edildi. İclasda direktor və direktor müavinləri ilə yanaşı məktəbin muəllimləridə dinlənildi.