1 ci siniflər məktəbdə
Bu gün orta məktəblərdə yeni tədris ilinə start verilib. İbtidai sinif şagirdləri, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün bu gün bayramdır. “Bilik günü” tədbiri Dövlət himninin səsləndirilməsi ilə başladı. İlk dərs günü münasibətilə şagird və müəllimləri təbrik edən məktəbin direktoru Aynurə Bağırova yeni dərs ilində hər kəsə uğurlar arzu etdi: “Bu gün birincilər çox həyacanlıdılar. Çünki, bu gün onlar yeni həyata qədəm qoyurlar. Artıq sinif otaqları, müəllimlər sizi gözləyir. Sizə yeni həyatınızda bol uğurlar arzu edirəm” . Daha sonra direktor müavinləri və 1 ci sinif müəllimləri çıxış etdilər. Öz növbələrində birincilər də şeir töhvələrini bizlərə çox sevinclə çatdırdılar. Onları və valideynlərini təbrik edirik!