Vətən müharibəsi qazisi ilə gorüş
Bu gün məktəbimizdə qazı Zeynalov İbrahimlə görüş oldu.
Vətən müharibəsinə könüllü olaraq qatılan İbrahim Zeynalov Füzuli istiqamətində döyüşlərdə iştirak edib, ayağından yaralanaraq qazi olub. İbrahim müharibədə iştirak etməyin, illərlə düşmən əsarəti altında olan Azərbaycan torpaqlarının azad edilməsinin özü üçün şərəf, fəxarət olmasını qeyd etdi. Qazi onunla döyüşdə çiyin-çiyinə vuruşan və bu gün həyatda olmayan, ali şəhidlik zirvəsinə ucalan döyüş dostlarını böyük ehtiramla yad etdi. İbrahim şagirdlərin onun üçün hazırladıqları şeirləri dinləyib , suallarına ətraflı cavab verdi.