Xocalı Faciəsinin 29-cu ildönümü

XOCALI SOYQIRIMININ İYİRMİ DOQQUZUNCU İLDÖNÜMÜ

26 fevral 2021 tarixində məktəbin bütün siniflərində ilk dərslər Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilib. "Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı”na əsasən tədris olunan ənənəvi və onlayn dərslər Xocalı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə XX əsrin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında ətraflı məlumat vermək, məktəblilərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədlərinə xidmət edir.

Bundan başqa təşkilati işlər üzrə direktor müavini Solmaz Çobanovanın təşkilatçılığı ilə "Xocalını hadisələrini unutmuruq, unutdurmuruq" adlı  tədbir keçirildi. Şagirdlər soyqırım qurbanlarının xatirəsinə şeirlər, mahnılar və bayatılar səsləndirildi. Şagirdlər soyqırım qurbanlarına həsr etdikləri rəsm əsərlərini təqdim etdilər. Sonda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin işğaldan azad olunan torpaqlara geri dönmək və ana yurdu yenidən çiçəkləndirmək üçün yürütdüyü uğurlu siyasi addımlar haqda məlumat verildi. Tədbir ümid və arzu dolu notlarla yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi