27 Sentyabr –Anım Günü

Məktəbin 1a,1b,1c,4c sinif rəhbərlərinin təşkilatçılığı ilə 27 Sentyabr –Anım Günü ilə bağlı sinif təşkilat saatı keçirilmişdir.
Sinif təşkilat saatının iştirakçıları olan şagirdlər və müəllimlər Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Dərsin gedişatında şagirdlər qəhrəman oğullarımızın şücaətlərindən fəxrlə danışdılar və şəhidlər, Vətən, qəhrəmanlıq mövzusuna həsr olunmuş şeirlər səsləndirdilər.