15 Sentyabr - “Bilik günü”

15 Sentyabr - “Bilik günü”ndə ilk dərslər “ Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur”, mövzusuna həsr olunub.
15.09.2023- cü il tarixində Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbdə 2023-2024-cü tədris ilinə start verildi. ”Bilik günü” tədbiri Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Fərid Ağaliyev müəllimləri, valideynləri və şagirdləri salamladı. Daha sonra birincilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər.