Vahid məktəbli forması

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2022- ci il tarixli 96 nömrəli qərarının icrasının təmin edilməsi məqsədilə 28.02.2023- cü il tarixdə Pedaqoji Şuranın iclasında müzakirə aparılaraq qərar qəbul olunmuşdur.
Beləliklə, Pedaqoji Şuranın 28.02.2023- cü il tarixli 5 nömrəli Protokoluna əsasən 2023-2024-cü tədris ilində 2 nömrəli əlavədə göstərilən məktəbli formaları Bakı şəhəri C.Cahangirov adına 4 nömrəli tam orta məktəbin vahid məktəbli forması olaraq seçilmişdir. Forma seçimi valideyn- şagird- müəllim rəyləri əsasında aparılmışdır.