"Susma, səsini eşitdir!"

25.05.2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində Balaxanı qəsəbəsində yerləşən məktəblərin iştirakı ilə tədbir keçirildi.
Tədbirdə məktəbimizin şagirdləri fəal iştirak etdilər.Şagirdlərimiz “Erkən evliliyə yox deyək!” adlı təqdimatla çıxış etdilər.
Sonda “Susma, səsini eşitdir!” adlı layihə çərçivəsində fəal iştirak edən məktəblilərimiz Sabunçu rayonunun Balaxanı qəsəbə bələdiyyəsinin sədri Bahadır Haşımov tərəfindən diplom və hədiyyələrlə təltif olundular.