MİP- in hazırlanması
11-12 may tarixlərində BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin əməkdaşları Bakı şəhəri 4 nömrəli tam orta məktəbin rəhbərliyi və bir qrup pedaqoji heyət üzvü ilə görüş keçirmişdir. Görüşdə əsas məqsəd Bakı şəhəri 4 nömrəli tam orta məktəb üçün Məktəbin İnkişaf Planının hazırlanması olmuşdur. Görüşdə keyfiyyət monitorinqinin nəticələri müzakirə edilib, şagirdlərin rifahının və təlim nəticələrinin yüksəldilməsi istiqamətində görüləcək bir sıra işlər planlaşdırılıb.Növbəti iki tədris ili ərzində tədrisin keyfiyyətinin yüksəldilməsinə nail olmaq məqsədilə hədəflər və fəaliyyətlər müəyyənləşdirilərək onların əsasında Məktəbin İnkişaf Planı hazırlanıb.