37 saylı məktəbdə ümummilli liderə həsr olunmuş dəyirmi masa keçirildi

Mayın 10-da M.Məmmədov adına 37 saylı tam orta məktəbdə VIII-IX sinif şagirdlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada şagirdlər ümummilli liderin Azərbaycan Respublikasının ictimai həyatının bütün sferalarını əhatə edən hərtərəfli fəaliyyətini təhlil süzgəcindən keçirdilər. Ümummilli liderin həyatını və ictimai-siyasi fəaliyyətini əks etdirən video-süjetlər nümayi olundu. Tədbirin yekununda söz alan məktəbin direktoru şagirdlərə milli dövlətçilik şüurunun yüksəldilməsi ilə bağlı öz tövsiyələrini verdi.