Məzahir Məmmədov adına 37 № - li tam orta məktəb Bakı şəhər Nərimanov rayonunda yerləşir. Məktəb 1956-ci ildən fəaliyyət göstərir, 1 korpusdan ibarətdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhər və şəhərətrafı qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramı ” əsasında 37 № li tam orta məktəb əsaslı təmir olunmuşdur. Həftənin 5 günü işləyir, iki növbəlidir. Hal-hazırda 33 sinif, 778 şagird 1-ci növbədə, 123 şagird isə 2-ci növbədə təhsil alır. 2024-2025-ci tədris ilində məktəbimizdə 70 nəfər müəllim, 3 müavin,1 psixoloq,2 kitabxana,1 UBTR, 13 nəfər texniki işçi fəaliyyət göstərir.