37 saylı məktəbin ibtidai siniflərində ümummilli liderin xatirəsi yad edildi

Mayın 7-də M.Məmmədov adına 37 saylı tam orta məktəbdə IV sinif şagirdlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş bədii-kütləvi tədbir keçirildi. Tədbirdə iştirak edən şagirdlər ümummilli liderin zəngin həyat və fəaliyyətinə dair çıxışlar etdilər, şeir nümunələri səsləndirdilər. Tədbirdə H.Əliyevin həyat tarixçəsini əks etdirən video-süjetlər tədbir iştirakçılarına nümayiş olundu. Tədbirin yekununda məktəbin direktoru söz alaraq dahi siyasət və dövlət adamının həyatının ən maraqlı epizodlarına toxunmaqla ümummilli lider barədə ürək sözlərini söylədi.