37 saylı məktəbdə ümummilli liderin doğum gününə həsr olunmuş idman yarışı keçirilmişdir

Mayın 7-də M.Məmmədov adına 37 saylı tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş idman yarışı keçirilmişdir. Məktəb rəhbərliyinin təşəbbüsü ilə keçirilən yarışda məktəbin V sinifləri öz qüvvə və bacarıqlarını sınamışlar. Tədbiri açıq elan edən məktəbin fiziki tərbiyə fənn müəllimi İradə Lələyeva tədbirin yeniyetmələrin fiziki bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu qeyd etmiş, siniflər üzrə şagirdlərə müxtəlif tapşırıqlar vermişdir. Qonaq qismində iştirak edən Nərimanov rayon İH-nin Gənclər və İdman şöbəsinin müdir müavini Bahəddin Hüseynov tədbir iştirakçılarına uğurlar diləmiş və ölkəmizin beynəlxalq idman nailiyyətlərindən danışaraq idman yarışlarının müntəzəm keçirilməsinin önəmini vurğulamışdır. Daha sonra şagirdlər yarışın qaydalarına uyğun olaraq müxtəlif idman hərəkətlərini yerinə yetirmiş, müəyyən olunmuş məsafələrdə qaçaraq toplarla və halqalarla hədəfləri vurmağa və birinci olmağa səy göstərmişlər. Yarışın yekununda fərqlənən siniflərin şagirdləri məktəb rəhbərliyi tərəfindən təltif olunmuş və məktəb VMA-sı tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır. Tədbirin yekununda məktəbin direktoru çıxış edərək şagirdlərə fəallıqlarına görə təşəkkürünü bildirmiş və onlara ürək sözlərini söyləmişdir. İdman yarışı məktəb şagirdlərinin böyük marağına səbəb olmuşdur.