37 saylı məktəbdə Oxu günü tədbiri

Mayın 2-də M.Məmmədov adına 37 saylı tam orta məktəbdə Oxu gününə həsr olunmuş bədii-kütləvi tədbir keçirilmişdir. Məktəbin ibtidai və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə şagirdlər həm şifahi, həm yazılı ədəbi nümunələrdən bəhrələndiklərini nümayiş etdirdilər. Azərbaycanın tanınmış şair və ədiblərinin şeirlərindən nümunələr səsləndirildi, qiraətin, mütaliənin vacibliyini əks etdirən səhnəciklər nümayiş olundu. Məktəb rəhbərliyi tədbirin yekununda söz alaraq şagirdlərə oxu vərdişlərinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələrini verdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi