37 saylı məktəbdə Xocalı Soyqırımı şəhidləri anıldı

Fevralın 25-26-da şəhid M.Məmmədov adına 37 saylı tam orta məktəbin akt zalında Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Məktəbin Azərbaycan dili-ədəbiyyat metodbirləşməsi üzvlərinin, musiqi müəlliminin və uşaq birliyi təşkilat rəhbərinin birgə təşkil etdiyi tədbirlər ədəbi-bədii kompozisiya və anım gecəsindən ibarət oldu. Tədbirdə iştirak edən şagirdlər əsrin soyqırımı kimi qiymətləndirilən Xocalı faciəsini əks etdirən şeir nümunələri və səhnəciklərlə çıxış etdilər. Bu qanlı hadisənin tarixçəsi ilə bağlı video-süjetlər şagirdlərə və tədbirdə iştirak edən valideynlərə təqdim olundu. Məktəbin tarix müəllimləri Aərbaycan xalqının tarixində dərin iz buraxmış soyqırımı hadisələri ilə bağlı məlumat xarakterli çıxışlar etdilər. Tədbirin yekununda məktəbin direktoru söz alaraq xalqımızın əzmkar ruhu və işğalçı düşmənə qarşı mübarizəsini yetişən nəslin hər bir nümayəndəsinin öyrənməli olduğunu bildirdi və vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərə rəhmət dilədi. Tədbir şagirdlərin "Xocalıya ədalət!" şüarları və vətən marşının sədaları ilə yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi