37 saylı məktəbin şagirdləri Xocalı abidəsini ziyarət etmişlər
Fevralın 22-də 37 saylı tam orta məktəbin V siniflərində təhsil alan şagirdlər Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Ana Harayı abidəsini ziyarət etmişlər. Şagirdlər Xocalı şəhidlərinin ruhunu sayğı ilə anmış, Xocalı abidəsinin önünə gül-çiçək dəstələri düzmüşlər.