Milli Həmrəylik gününə həsr olunmuş dəyirmi masa

Dekabrın 28-də 37 saylı tam orta məktəbdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş dəyirmi masa təşkil olundu. Məktəbin 5C sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə şagirdlər soydaşlarımızın milli həmrəyliyini ifadə edən bu günün tarixçəsi və əhəmiyyəti barədə danışdılar. Tədbirdə bu günün hər bir soydaşımızda oyatdığı milli qürur və birlik hissinin vacibliyi qeyd olundu. Tədbirdə məktəbin tarix müəllimi S.Mikayılova, sinif rəhbəri Aynurə Abbasova çıxış edərək 31 Dekabr Milli Həmrəylik gününün hər bir şagird və vətəndaş üçün doğurduğu vəzifələrdən danışdılar. Daha sonra ulu öndər H.Əliyevin bu mühüm tarixlə bağlı fikirlərinin, eləcə də, bu əlamətdar günün tarixçəsinin əks olunduğu video-roliklər nümayiş etdirildi. Müzakirə və fikir mübadiləsi ilə davam edən tədbirin yekununda çıxış edən məktəbin direktoru Azərbaycanın qədim tarixindən, Azərbaycançılıq ideologiyasının tarixi əsaslarından danışdı və tədbir iştirakçılarını bu əlamətdar gün münasibətilə təbrik etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi