Ulu öndərin xatirəsinə həsr olunmuş tədbirlər

37 saylı tam orta məktəbdə ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. Dekabrın 11-də məktəbin IV sinif şagirdləri arasında “Ulu öndər Heydər Əliyev tarixi şəxsiyyət kimi xatirələrimizdə” mövzusunda inşa yazı müsabiqəsi keçirildi. Daha sonra məktəbin yuxarı sinif şagirdlərinə Heydər Əliyevin xatirəsinə həsr olunmuş qısametrajlı sənədli filmlər nümayiş etdirildi. Dekabrın 12-də məktəbin bütün siniflərində ilk dərslər zamanı H.Əliyevin xatirəsi anıldı. Məktəbin 5a sinfinin ədəbiyyat dərsi də ulu öndərin xatirəsinə həsr olundu. Şagirdlər H.Əliyevin həyat və fəaliyyətini əks etdirən məlumatları bölüşdükdən sonra ulu öndərə həsr olunmuş şeir nümunələri səsləndirdilər. Dərs boyunca şagirdlər tərəfindən H.Əliyevin bir-birindən dəyərli kəlamları söylənildi.