"Yol hərəkəti qaydalarını öyrənək" adlı tədbir

Dekabrın 7-də 37 saylı tam orta məktəbdə Uşaq Birliyi Təşkilatı rəhbəri və üzvlərinin, eləcə də, aşağı sinif şagirdlərinin iştirakı ilə "Yol hərəkəti təhlükəsizliyi" mövzusunda maarifləndirici tədbir keçirildi. İbtidai siniflərin şagirdləri yol nişanları haqqında məlumatları tədbir iştirakçıları ilə bölüşdükdən sonra müxtəlif kiçik səhnəciklərlə çıxış etdilər. Şagirdlərə yol hərəkəti qaydalarını bilməyin vacibliyini əks etdirən video-materiallar göstərildi. Şagirdlərin ifasında mövzu ilə bağlı mahnılar səsləndirildi. Tədbir müddətində aşağı sinif şagirdlərinin yol hərəkəti qaydalarına aid hazırladıqları əl işi nümayiş etdirildi. Sonda məktəbin direktoru söz alaraq tədbir haqqında fikirlərini bölüşdü və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi.