37 saylı məktəbdə Dövlət Bayrağı gününə həsr olunmuş ədəbi-bədii gecə

Noyabrın 8-də M.Məmmədov adına 37 saylı tam orta məktəbdə Dövlət Bayrağı gününə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Gecədə Dövlət bayrağına həsr olunmuş mahnılar və şeirlər səsləndirildi, "Bir kərə yüksələn bayraq bir daha enməz" adlı kompozisiya təqdim edildi. Məktəbin 8A sinif şagirdi Paşayev Naimin dövlət bayrağına həsr olunmuş ingilis dilində təqdimatı maraqla qarşılandı. Tədbirin sonunda məktəbin direktoru çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi və bu əlamətdar günün tarixçəsi barədə fikirlərini bölüşdü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi