37 saylı məktəbdə Müstəqillik günü tədbiri

Oktyabrın 18-də M.Məmmədov adına 37 saylı tam orta məktəbin akt zalında məktəbin 5C sinif şagirdlərinin iştirakı ilə Milli Müstəqillik gününə həsr olunmuş “Müstəqillik böyük nemətdir!” adlı ədəbi-bədii kompozisiya təqdim olundu. Tədbirdə vətənə, müstəqilliyə, Qarabağa aid vətənpərvərlik ruhunda şeirlər deyildi, Azərbaycana həsr olunmuş mahnılar ifa edildi. Şagirdlərdən ikisi – Tanrıverdiyev İbrahim və Xəlilova Fəridə 18 Oktyabr Müstəqillik gününə həsr olunmuş təqdimatla çıxış etdilər. 5C sinfinin rəhbəri, məktəbin Aərbaycan dili-ədəbiyyat fənn müəllimi Abbasova Aynurə çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşdü. Rəngarəng və böyük ruh yüksəkliyi ilə keçən tədbirin yekununda məktəbin direktoru çıxış edərək 5-ci sinfə yeni qədəm qoyan şagirdlərin təşkil etdiyi tədbir barədə yüsək fikirdə olduğunu qeyd etdi, müstəqilliyin xalqımızın ən böyük neməti olduğunu vurğuladı və tədbirin hazırlanmasında əməyi keçən müəllimlərə öz təşəkkürünü bildirdi.