37 saylı məktəbdə ümummilli liderə həsr olunmuş tədbir

10 may 2018-ci ildə M.Məmmədov adına 37 saylı tam orta məktəbin akt zalında ümummilli lider H.Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə öncə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən video-slayd və qısametrajlı film nümayiş etdirildi. Daha sonra məktəbin tarix müəllimi Sevinc Mikayılova H.Əliyev və neft strategiyası mövzusunda şagirdlər qarşısında çıxış etdi. Sonra məktəbin yuxarı sinif şagirdləri Quluyeva Aysel və Hüseynzadə Elşən "H.Əliyev dühası" mövzusunda şagird təqdimatları ilə çıxış etdilər. Tədbirin yekununda məktəbin direktoru C.Bayramlı çıxış edərək Azərbaycanın tanınmış dövlət xadimləri və tarixi şəxsiyyətlərinin həyat və fəaliyyətinin daim öyrənilməsi olduğunu vurğuladı və şagirdlərə tövsiyələrini verdi.