37 saylı məktəbdə 31 Mart Soyqırımına həsr olunmuş tədbir

Martın 30-da M.Məmmədov adına 37 saylı tam orta məktəbin akt zalında 31 Mart Azərbaycanlıların Soyqırımı gününün 100 illiyinə həsr olunan tədbir keçirildi. Məktəbin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə məktəbin tarix müəllimi Sevinc Mikayılova qanlı hadisələrin tarixi ilə bağlı mühazirə etdi. Daha sonra hadisələri əks etdirən foto-materiallar və videosüjet şagirdlərə nümayiş olundu. Tədbirin yekununda məktəbin direktoru çıxış edərək yetişən gənc nəslin tarixi yaddaş ruhunda böyüməsinin vacibliyini bildirdi və şagirdlərə öz tövsiyələrini verdi.