37 saylı məktəbdə 20 Yanvar hadisələrinin ildönümünə həsr olunmuş tədbir

Yanvarın 19-da 37 saylı məktəbin akt zalında 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr olunmuş "Şəhidlərimiz - and yerimizdir!" adlı kütləvi tədbir keçirildi. Tədbirdən öncə məktəb şagirdlərinin hazırladıqları divar qəzetləri, stendlər və rəsm əsərlərinə baxış oldu. Daha sonra məktəbin tarix müəllimi Sevinc Mikayılova və hərbi rəhbər Abdulla Cabbarov çıxış edərək hadisələrin tarixçəsi ilə bağlı şagirdlərə ətraflı məlumat verdilər. Məktəbin 8A sinif şagirdi Hüseynzadə Elşənin Qanlı 20 Yanvar hadisələri ilə bağlı hazırladığı slaydın təqdimatı şagirdlərdə maraq doğurdu. Tədbir boyunca şagirdlərə hadisələri əks etdirən video-çarxlar göstərildi. Tədbirin sonunda V-VIII sinif şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi və məktəbin direktoru yekun sözü söylədi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi